Avropa çempionatı: Qadınlar mübarizəyə başlayacaqlar

14-02-2024, 10:59 4 dəfə baxılıb

 

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

"Azerinews.az"ın məlumatına görə, bu gün yunan-Roma güləşində mübarizəyə yekun vurulacaq, qadın güləşçilər yarışa başlayacaqlar.

Doqquzqat Avropa çempionu Mariya Stadnik (50 kq) 1/4 finaldan yarışa qoşulacaq. 35 yaşlı idmançı Emma Lutteno (Fransa) - Milana Dadaşova (AİN) cütünün qalibi ilə üz-üzə gələcək.

Ayona Kolesnik (59 kq) də eyni raunddan mübarizəyə başlayacaq. O, Ramina Mamedova (Latviya) - Katerina Jidaçevska (Rumıniya) cütünün qalibini sınağa çəkəcək.

Yunan-Roma güləşçilərindən isə dördü medal qazanmağa çalışacaq. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) final görüşünə çıxacaqlar. Onlar Avropa çempionluğu uğrunda müvafiq olaraq Viktor Çiobanu (Moldova), Ruslan Biçurin (AİN) və Selcuk Canla (Türkiyə) qarşılaşacaqlar.

Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Gürcüstan güləşçisi Gela Bolkvadze olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930