Əliyar Ağayevə UEFA-dan təyinat

20-02-2024, 11:38 7 dəfə baxılıb

 

FIFA referisi Əliyar Ağayev UEFA-dan daha bir təyinat alıb. “Azerinews.az” xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsində “Ludoqorets”lə (Bolqarıstan) “Servett” (İsveçrə) arasında keçiriləcək cavab oyununun baş hakimi olacaq.

Fevralın 22-də Razqrad şəhərində təşkil olunacaq qarşılaşmada ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu dördüncü hakim funksiyasını icra edəcək.

Görüşün VAR hakimi türkiyəli Alper Ulusoy, onun köməkçisi isə Abdulkadir Bitigendi. Oyunun hakim-inspektoru isə Fransadan Fredi Fautrel olacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031