Fərid Qayıbov Avropa Gimnastikasının 30-cu Konqresində təltif olunub

4-12-2023, 15:18 7 dəfə baxılıb

Bolqarıstanın paytaxtı Sofiyada Avropa Gimnastikasının 30-cu - yubiley Konqresi keçirilib.

"Azerinews.az" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov təşkilatın prezidenti olaraq Konqresə sədrlik edib.

Toplantıda bir sıra hesabatlar, eləcə də qurumun yenilənmiş əsasnaməsi təsdiq edilib, yeni fəxri üzvlər qəbul olunub.

Bundan başqa, təşkilatın 2025-ci il Konqresinin noyabrın 28-29-da Çexiyanın paytaxtı Praqada keçirilməsi qərara alınıb.

Fərid Qayıbov tədbirdə Bolqarıstanın gənclər və idman naziri Dimitar Lievə, Sofiya şəhərinin meri Vasil Terziyevə Avropa Gimnastikasının fəxri medallarını təqdim edib.

Həmçinin Fərid Qayıbov Litva Olimpiya Komitəsinin xüsusi medalı və Avropa Atletikası ilə əməkdaşlığa görə həmin təşkilatın xüsusi mükafatı ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930