“Qalatasaray”ın Super Liqa matçının vaxtı dəyişdirildi

27-02-2024, 20:47 0 dəfə baxılıb

 Türkiyə Super Liqasının 29-cu turunda keçirilməsi planlaşdırılan “Qalatasaray” – “Rizəspor” oyununun vaxtı dəyişdirilib.

“Azerimews.az” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, buna səbəb “sarı-qırmızılar”ın Avropa Liqasında mübarizəni dayandırmasıdır. Qeyd olunub ki, martın 10-da, Bakı vaxtı ilə saat 17:00-da start götürməli olan qarşılaşma martın 8-də, saat 21:00-da başlayacaq.

Bundan əlavə, “İstanbulspor” – “Kasımpaşa” qarşılaşması martın 8-dən 10-na keçirilib. Görüş Bakı vaxtı ilə saat 17:00-a təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930