Azərbaycan Premyer Liqası oyunlarda qeydə alınan qayda pozuntularının sayında dünyanın ilk 10-luğuna düşüb

28-02-2024, 15:51 1 dəfə baxılıb

 Azərbaycan Premyer Liqası oyunlarda qeydə alınan qayda pozuntularının sayında dünyanın ilk 10-luğuna düşüb.

Bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) məlumat yayıb.

Bildirilib ki, çempionatın hər matçında orta hesabla 27,56 kobudluq olur.

Bu baxımdan Premyer Liqa araşdırma aparılan 71 çempionat arasında 10-cu yerdədir.

CİES, eyni zamanda vərəqələr və uzatma dəqiqələri ilə bağlı da araşdırma aparıb. Hesabat dövründə çempionatımızda 179 oyun keçirilib və orta hesabla hər görüşdə 4,47 sarı vərəqə göstərilib. Bu, dünyada 38-ci göstəricidir. Qırmızı vərəqələrin orta sayı isə 0,16-ya bərabərdir. Premyer Liqa bu baxımdan intizamlı olması ilə seçilir. Çünki cəmi 12 liqa Azərbaycan çempionatından daha intizamlıdır.

Bundan başqa, Azərbaycan çempionatının matçlarına orta hesabla 8 dəqiqə 11 saniyə vaxt artırılıb. Bu, ən çox vaxt artırılan 50-ci liqadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930