"Beşiktaş" klubu baş məşqçisi ilə bağlı qərar verib

19-03-2024, 12:00 68 dəfə baxılıb

Türkiyənin "Beşiktaş" klubunda baş məşqçi Fernandu Santuşun taleyinə aydınlıq gəlib.

"Azerinews.az" yerli mətbuata istinadən xəbər verir ki, rəhbərlik 69 yaşlı mütəxəssislə mövsümün sonunadək yola davam etmək qərarına gəlib.

İstanbul təmsilçisi mövsümün sonunda ölkə kubokunu qazansa və Superliqanı üçüncü sırada başa vursa, Santuş komandada qalacaq.

Qeyd edək ki, "Beşiktaş" hazırda 46 xalla 4-cü pillədə qərarlaşıb. İstanbul klubu kubokun yarımfinalında "Ankaragücü" ilə üz-üzə gələcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031