Azərbaycanın futbol məşqçisi dörd ölkədən təklif alıb

26-01-2024, 15:17 0 dəfə baxılıb


Azərbaycanın futbol məşqçisi Etibar İbrahimov dörd ölkədən təklif alıb.

Bu barədə “Report”a açıqlamasında mütəxəssis özü məlumat verib.

O bildirib ki, üç ölkənin yüksək liqa, bir ölkənin isə akademiyası ilə danışıq aparır:

“İlkin görüşlər olub, hazırda rəsmi təklif gözləyirəm. Konkret üç ölkənin yüksək liqa klubu məni baş məşqçi postunda görmək istəyir. Rəsmi heç nə olmadığı üçün adlarını çəkməyim düzgün deyil. Onu deyə bilərəm ki, Avropa ölkələri deyil. Almaniyanın “Ayntraxt” klubunda yenidən fəaliyyət göstərmək variantı da yaranıb. Frankfurt təmsilçisi futbolçusu Makoto Hasebe ilə birlikdə Yaponiyada akademiya açıb. Açığı, həm aşağı yaş qrupu, həm də uzaq olduğundan, “Ayntraxt” variantına o qədər də müsbət yanaşmıram”.

Məşqçi ölkə xaricindən təkliflər almasına baxmayaraq, Azərbaycanda qalmaq arzusunda olduğunu da gizlətməyib:

“Ailəmə görə Azərbaycanda qalmaq istəyirəm. Çünki övladlarım balacadırlar. Ötən ilin dekabrına qədər bir təklif olmuşdu. Sadəcə, şərtlər məni qane etmədi. Hazırda isə buradan təklif yoxdur. Azərbaycanda variant çıxmasa, yəqin ki, ölkə xaricindən aldığım təkliflərdən birini qəbul edəcəyəm”.

Qeyd edək ki, 2022-ci ilin aprelində “Ayntraxt”ın Çindəki akademiyası ilə anlaşan Etibar İbrahimov cari mövsümün əvvəlində “Kəpəz”ə köməkçi-məşqçi təyin olunub. Lakin baş məşqçi Azər Məmmədovun istefasından sonra o da Gəncə klubundan ayrılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930