Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"ni 4 medalla başa vurublar

24-03-2024, 20:10 95 dəfə baxılıb

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirini 4 medalla başa vurublar.

"Azerinews.az"ın məlumatına görə, yarışın son günündə millinin daha 2 üzvü fəxri kürsüyə yüksəlib.

Elcan Hacıyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıblar.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) üçüncü olublar. Azərbaycanı “Böyük Dəbilqə” turnirində 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu təmsil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031