Daha bir cüdoçumuz qızıl medal qazandı

18-02-2024, 21:37 8 dəfə baxılıb

Azərbaycanın daha bir cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanıb.

“Azerinews.az” xəbər verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) finalda macarıstanlı Krisztian Tothu məğlub edərək birinci olub.

Eyni çəkidəki Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib.

Bu gün, həmçinin, millinin digər üzvü - Camal Qamzatxanov (+100 kq) qızıl mükafat qazanmağa çalışacaq.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031