Azərbaycan voleybolçuları Avropa çempionatına hazırlığı Türkiyədə davam etdirəcək

24-03-2024, 13:51 55 dəfə baxılıb

Avropa çempionatında iştirak edəcək çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qızlardan ibarət Azərbaycan yığması yarışa hazırlığını Türkiyədə davam etdirəcək.

"Azerinews.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Milli komanda bu məqsədlə bu gün Antalya şəhərinə yola düşüb.

Rusiyalı mütəxəssis İqor Olefirin rəhbərlik etdiyi kollektiv sözügedən şəhərdə 14 gün təlim-məşq toplanışı keçəcək. Yığma bir neçə yoxlama matçında da qüvvəsini sınayacaq.

Təlim-məşqlərə 7 qız voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə Nihad Tarverdiyev kömək edəcək.

Qeyd edək ki, "Avro-2024" (U-18) bu il iyulun 11-dən 14-dək Gürcüstanın Kaçreti şəhərində keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930