Azərbaycanlı hakim və supervayzer EEVZA çempionatına təyinat alıblar

4-12-2023, 15:09 6 dəfə baxılıb

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov və Azərbaycan Voleybol Federasiyasının (AVF) əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova növbəti dəfə təyinat alıblar.

AVF-dən "Azerinews.az"a  verilən məlumata görə, onlar 18 yaşadək oğlanlar arasında Gürcüstanın Telavi şəhərinə keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iş başında olacaqlar.

Zülfüqarov dekabrın 5-9-u aralığında təşkil olunacaq yarışda ədaləti qoruyacaq. İsmayılova isə turnirdə supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa komandaları iştirak edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031