Mario Balotelli Azərbaycandan təklif alıb

10-01-2024, 14:51 10 dəfə baxılıb

İtaliya millisinin sabiq futbolçusu Mario Balotelli Azərbaycandan təklif alıb.

Bu barədə 33 yaşlı hücumçunun meneceri Enzo Rayola “mediagol.it” saytına açıqlamasında deyib.

O bildirib ki, ulduz futbolçu ilə bağlı Azərbaycanla yanaşı, bir neçə ölkədən zəng gəlib:

“Çoxları mənimlə əlaqə saxlayırlar. Mario İtaliyaya qayıtmaq istəyir. Bu, onun üçün arzudur. Mənə isə İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən zəng edirlər”.

Qeyd edək ki, hazırda Türkiyənin “Adana Dəmirspor” klubunda çıxış edən Mario Balotellinin qış transfer dönəmində komandadan ayrılması gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031