Məşhur sabiq futbolçu baş məşqçi postundan ayrılacaq
Məşhur sabiq futbolçu Fernando Torres mövsümün sonunda baş məşqçi postundan ayrılacaq.
“Azerinews.az” xəbər verir ki, gənc mütəxəssis İspaniyanın “Atletiko” klubunun U-19 komandasını tərk edəcək.
40 yaşlı sabiq hücumçunun əsas komandada baş məşqçi Dieqo Simeonenin köməkçilərindən biri təyin olunacağı gözlənlir.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Fernando Torres 2001-2007 və 2015-2018-ci illərdə Madrid klubunun formasını geyinib.