“Neftçi”nin hücumçusuna ağır cəza

9-04-2024, 14:55 107 dəfə baxılıb

 

AFFA İntizam Komitəsi "Neftçi-2"nin futbolçusu Ağadadaş Salyanskini 4 oyunluq cəzalandırıb.

“Azerinews.az" xəbər verir ki, buna oyunçunun Əvəzedicilər Liqasında “Sumqayıt-2” ilə matçın 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə (rəsmi şəxsə qarşı qeyri-etik jest etdiyinə görə) yol verməsi səbəb olub.

"Ağ-qaralar" forvarda görə 300 manat ödəyəcək. Salyanskinin komanda yoldaşı Elcan Əbilov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 qarşılaşmanı buraxacaq. Paytaxt təmsilçisi bu səbəbdən 50 manat cərimələnib.

"Neftçi" bu görüşdə 6 oyunçusu sarı vərəqə aldığı üçün 70 manat, Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə 100 manat, qarşılaşma bitdikdən sonra təhlükəsizlik tam təmin olunmadığından 400 manat ziyana düşüb.

"Gənclik şəhəri" təmsilçisi bu matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 70 manat cərimələnib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930