“Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Komanın karyerasında ilk yaşanıb

16-04-2024, 00:30 3 dəfə baxılıb

 Almaniya Bundesliqasında sona 5 tur qalmış “Bayer” çempionluğunu rəsmiləşdirib. “Azerinews.az” xəbər verir ki, bununla “Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Komanın karyerasında ilk yaşanıb.

Belə ki, Fransa millisinin üzvü peşəkar karyerasında birinci dəfə çıxış etdiyi ölkənin çempionu ola bilməyib.

Koman karyerasına 2012-13 mövsümündə PSJ-də başlayıb və 17 yaşında Fransa çempionu olub. Daha sonra 11 mövsüm ərzində həmişə oynadığı ölkə çempionatının qalibi olub. 2015-16 mövsümündə hətta iki titul əldə edib - İtaliya çempionu (“Yuventus”) və Almaniya çempionu (“Bavariya”).

27 yaşlı Koman səkkizqat Almaniya çempionu, ikiqat Fransa çempionu və ikiqat İtaliya çempionudu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930