Futbolçu formasını 50 avroya satdı - Video

16-04-2024, 22:00 112 dəfə baxılıb

 İspaniya 3-cü Liqasında mübarizə aparan “Malaqa”lı Dani Lorenzo öz formasını 50 avroya azarkeşlərə satıb.

“Azerinews.az” xəbər verir ki, çempionat matçından sonra azarkeş 21 yaşlı Dani Lorenzodan formasını istəyib.  

Futbolçu isə forması qarşılığında 50 avro tələb edib. Tərəfdar 50 avro ödəyərək  formanı alıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə  futbolçu tənqid olunub.

O, bu hadisədən sonra üzr istəyib: “Mən milyonçu deyiləm. Klub bizdən formalar üçün pul alır, azarkeşlərin forma üçün pul təklif etməsi mənə normal göründü. Düzdür, etməməliydim. Ümid edirəm ki, insanlar bu vəziyyəti başa düşürlər”. 


 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930