“Qəbələ” klubu israilli futbolçusu ilə yollarını ayırıb

20-04-2024, 01:00 115 dəfə baxılıb

 “Qəbələ” klubu israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin Mətbuat Xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin iyulundan “Qəbələ”də çıxış edən legioner qırmızı-qara formada keçirdiyi 47 matçda üç qol vurub. Feras Abu Akal Premyer Liqada 37 (2 qol), Azərbaycan Kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930