“Qarabağ”ın 30 oyunluq seriyası qırıldı

29-04-2024, 12:04 78 dəfə baxılıb

 “Qarabağ”ın qollu oyunlar seriyası qırılıb. “Azerinews.az” xəbər verir ki, Premyer Liqanın ardıcıl 30 görüşündə qol vuran Ağdam klubu XXXII turun “Sumqayıt”la qarşılaşmasında rəqib qapısına yol tapmayıb – 0:1.

Qurban Qurbanovun yetirmələri cari mövsüm bunadək yalınız ilk turun “Zirə” ilə görüşünü qolsuz tərk etmişdilər. Həmin matç da eyni hesabla bitib.

Ardıcıl 30 qarşılaşmada qol vurmaq Azərbaycan çempionatları tarixində ikinci göstəricidi. “Qarabağ” 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol sevinci yaşayan “Turan”ın rekordunun üç addımlığında dayanıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930