Türkiyənin “Fənərbağça” klubu Rade Kruniçi transfer edib

12-01-2024, 23:30 5 dəfə baxılıb

 Türkiyənin “Fənərbağça” klubu İtaliya təmsilçisi “Milan”ın yarımmüdafiəçisi Rade Kruniçi transfer edib.

Məlumata görə, Bosniya və Herseqovinadan olan yarımmüdafiəçiyə bonuslarla birlikdə təxminən beş milyon avroluq transfer haqqı ödəniləcək.

Futbolçunun bu gün İstanbula yollanacağı məlumdur. Tibbi müayinədən keçdikdən sonra onun yeni komandası ilə 3,5 illik müqavilə bağlaması planlaşdırılır.

Qeyd edək ki, “Milan”da 4 il yarım keçirən Rade Kruniç 139 matçda üç qol vurub, altı məhsuldar ötürmə edib.

Yeri gəlmişkən bildirək ki, “Fənərbağça” ötən gün Leonardo Bonuççini də heyətinə qatdığını açıqlayıb.

Mənbə: Ntvspor.net






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930