Hakimi vurmağa cəhd edən futbolçu cəzalandırıldı

30-04-2024, 15:57 81 dəfə baxılıb

 AFFA İntizam Komitəsi Həvəskar Liqanın I turu çərçivəsində keçirilən “Ərkivan” (Masallı) – “Şirvan” oyununda baş verən qayda pozuntuları ilə bağlı cəzaları açıqlayıb.

“Azerinews.az” qurumun rəsmi saytına istinadən xəbər verir ki, matçın 88-ci dəqiqəsində qonaq komandanın futbolçusu Taleh Fətəliyev hakimlər briqadasının ünvanına təhqiramiz ifadələr işlətdiyinə və baş hakimi vurmağa cəhd etdiyinə görə 5 oyunluq diskvalifikasiya edilib.

Qarşılaşmanın son anlarında isə meydan sahiblərinin azarkeşləri hakimlər briqadasını vurmağa cəhd ediblər.

“Ərkivan” klubu bu səbəbdən növbəti 3 ev görüşünü azarkeşsiz keçirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930