Qvardiola növbəti çempionluq üçün əsas şərti AÇIQLADI

5-05-2024, 19:30 81 dəfə baxılıb

 

Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2023/2024 mövsümünün İngiltərə Premyer Liqasında çempionluq yarışının final mərhələsindəki vəziyyətlə bağlı sualı cavablandırıb.

“Bir həftə qaldı: Üç oyun, doqquz xal və biz çempion olacağıq. Altı və ya yeddi xal qazansaq, “Arsenal” Premyer Liqanın qalibi olacaq. Top fərqini aradan qaldırmaq mümkün deyil. Heç-heçə oynaya bilmərik. “Arsenal” çox yaxşı və ardıcıl oynayır. Üç oyun var - ümid edirəm ki, birinci və ikincidə qalib gələcəyik və çempionatın taleyini öz əlimizə alaraq üçüncü oyuna çıxacağıq”, - deyə o bildirib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında mövsümün bitməsinə üç oyun qalmış Pep Qvardiolanın komandası 82 xalla 35 oyundan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb və lider London “Arsenal”ının bir xal gerisindədir. Lakin “Mançester Siti” “topçular”dan bir oyun az keçirib.


Mənbə: championat.com






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031