Onlar çox təhlükəli rəqibdir

26-01-2024, 23:00 1 dəfə baxılıb


“Hazırkı çempion “Sabah” həmişə xüsusi hörmətə layiqdir, çünki onlar bizim istədiyimizə nail olublar. Ancaq heç kimdən qorxmuruq”.

“Azerinews.az” xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında çıxış edən “NTD-İndiqo”nun oyunçusu Qriffin Remmi klubun mətbuat xidmətinə açıqlamasında deyib.

ABŞ-dən olan oyunqurucusu heç bir kollektivə əsas rəqib kimi baxmadıqlarını söyləyib: “Sonadək mübarizə aparırıq. Məşqdə tam güclə işləməsək, titul şansımız yoxdur. Amma çalışsaq, çempion olarıq”.

O, son matçda “Sabah”a uduzduqları oyuna da toxunub: “Bundan sonra ikili hisslər keçirirəm. Bir tərəfdən qələbə qazana bilmədiyimizə görə məyusuq, digər tərəfdən oyunda göstərdiyimiz cəsarət və xarakterlə fəxr edirəm. Bu mövsüm üçün böyük gözləntilərimiz var. Hər oyunda rəqibdən asılı olmayaraq, qalib gəlmək şansımızın olduğunu başa düşürük. Bu, bizim üçün yaxşı təcrübə idi”.

Qriffin Remmi “Gəncə” ilə növbəti turun görüşündə şanslarından söz açıb: “Mövsümdə çox vacib mərhələ başlayır. Növbəti üç oyun pley-off uğrunda mübarizə baxımından çox vacibdir. Jared və Elşad Şirzadovun yoxluğunda işimiz daha da çətinləşir. “Gəncə” çox təhlükəli rəqibdir. Bu oyuna ciddi yanaşmasaq, nəticəsi heç də yaxşı olmayacaq. Rəqibin turnir cədvəlindəki mövqeyi bizi aldatmamalıdır. Çünki son matçlarda yaxşı təsir bağışladılar. Onların məşqçisi yaxşı iş görür. “Gəncə” çox ciddi rəqibdir”.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930