Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar

6-05-2024, 11:24 126 dəfə baxılıb

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sayca 7-ci dəfədir təşkil edilən “Bakı marafonu-2024” keçirilib. 

“Azerinews.az” xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə təşkil edilən marafonda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) da iştirak edib. Marafona federasiyanın rəhbər heyəti, məşqçilər və idmançılar qatılıb. 

Məlumat üçün bildirək ki, “Bakı marafonu 2024”də 18 mindən çox iştirakçı yarışıb. Həmçinin marafona 200 nəfərdən artıq fəxri qonaq, 6 mindən çox tələbə, tanınmış  incəsənət nümayəndələri, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər və digər ölkələrdən qoşulublar. 

“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar ərazisindən keçməklə şəhərin mərkəzi küçə və prospektlərini  əhatə edib.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930