AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırıb

8-05-2024, 14:42 126 dəfə baxılıb

 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsi “Kəpəz” klubunu 8 500 manat cərimələyib.

"Azerinews.az" xəbər verir ki, Misli Premyer Liqasında 33-cü turun “Kəpəz” - “Sumqayıt” oyununun 90+2-ci dəqiqəsində Gəncə klubunun 24 nömrəli futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyun şərti olmaqla dörd oyun cəzalandırılıb, komanda isə 3 000 manat cərimə edilib.

90+6-cı dəqiqədə “Kəpəz” klubunun 21 nömrəli futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə dörd oyun cəzalanıb, komanda isə 3 000 manat cərimə edilib.

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.

“Kəpəz” - “Sumqayıt” oyununda Gəncə klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə isə komanda 800 manat dəyərində cəzalandırılıb.

“Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyinə görə komanda daha 1000 manat cərimə edilib.

Qeyd edək ki, “Kəpəz” - “Sumqayıt” görüşü 1-1 hesablı heç-heçə ilə başa çatmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930