Gəncədə "Əzm marafonu" təşkil olunub

12-05-2024, 09:38 118 dəfə baxılıb

 Gəncədə "Əzm marafonu" təşkil olunub.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-cü ildönümünə həsr olunmuş “Əzm Marafonu” Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının, Azərbaycan Texnologiya Universitetinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin,  Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Gəncə şəhər Heydər Əliyev adına Park-Kompleksində reallaşan marafona şəhərin ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrindən və şəhər sakinlərindən ibarət 500-ə yaxın iştirakçı qatılıb.
Marafonun yekununda ilk 3 yerin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş velosiped yarışı isə  Yeni Azərbaycan partiyası Gəncə şəhər təşkilatının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib. 
Hakimlər yarışın qaydaları barədə iştirakçıları təlimatlandırdıqdan sonra yarışa start verilib.
Simvolik olaraq 101 velosedçinin iştirak etdiyi yarış Gəncə Şəhər İcra Hakimiyyətinin önünədən start götürüb, Ulu Öndərin adını daşıyan Park Kompleksdə yerləşən “Zəfər Tağı”nın qarşısında başa çatıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930