Millimiz Avropa çempionu oldu

13-05-2024, 11:30 106 dəfə baxılıb

 

Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar.

“Azerinews.az” Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Medalların əyarına görə milli komandamız Avropa çempionu olub. İkinci pillədə Türkiyə qərarlaşıb, AİN isə üçüncü olub.

Qeyd edək ki, komandamız turnirdə baş məşqçi Fərdi Tağızadənin rəhbərliyi altında 3 idmançı ilə iştirak edib. Parataekvondoçularımızdan İmaməddin Xəlilov (70 kq) qızıl, Əbülfəz Abuzərli (80 kq) isə gümüş medal qazanıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930