Avropa çempionatında 3 qızıl, 1 gümüş medal qazanan Azərbaycan karateçiləri Vətənə qayıdıblar
Litvanın Kaunas şəhərində keçirilən Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanan Azərbaycanın kudo üzrə millisi Vətənə qayıdıb.
"Azerinews.az"ın məlumatına görə, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, Azərbaycan Koşiki Karate-do Federasiyasının rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, karateçilərdən -270 kateqoriyasında çıxış edən Vüsal Əliyev, -215 (U-19) kateqoriyasında mübarizə apaan Sevinc Mövsümzadə və -250 kateqoriyasındakı Elbrus Səmədov qızıl medal əldə ediblər. -230 (U-19) kateqoriyasında qüvvəsini sınayan Kənan İsmayılzadə isə gümüş medala sahib çıxıb.