"Qızıl top" sahibi Səudiyyə Ərəbistanından qaçmaq istəyir
Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema yaxın ətrafına klubdan ayrılmaq istədiyini bildirib.
Qeyd olunub ki, "Real Madrid"in keçmiş forvardı Səudiyyə Ərəbistanında futbolun səviyyəsini aşağı hesab edir və liqa klublarının zəif infrastrukturundan və peşəkarlığın aşağı olmasından narazıdır.
Məlumata görə, futbolçu ölkəni tərk edib Avropa çempionatlarından birinə qayıtmaq istəyir, lakin 2026-cı ildə gələcək müqavilənin sonuna qədər bunu etmək çətin olacaq.
Benzema 2023-cü ilin iyununda "Əl-İttihad"a keçib. Bu mövsüm hücumçu liqada 21 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Benzema əvvəlki 14 ili "Real Madrid"in heyətində çıxış edib. Forvard dörd dəfə İspaniya çempionu, üç dəfə İspaniya Kubokunun, beş dəfə Çempionlar Liqasının qalibi olub.
Mənbə: Relevo