Avropa çempionatında 7 güləşçimiz mübarizəyə başlayacaq

22-05-2024, 12:24 115 dəfə baxılıb

 

Azərbaycanın 7 güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatının üçüncü günündə mübarizə aparacaq.

“Azerinews.az” xəbər verir ki, bu gün həmçinin qadın güləşçilər yarışa qoşulacaqlar.

İlk olaraq Şahanə Nəzərova (50 kq), Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova (59 kq) xalça üzərinə çıxacaq. Daha sonra Nihad Quluzadə (60 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal üçün güləşəcək. Ruslan Nurullayev bürünc (72 kq) uğrunda, Murad Əhmədiyev (97 kq) isə təsəlliverici görüşdə gücünü sınayacaq.

Qeyd edək ki, əvvəlki iki günün nəticələrinə əsasən, Azərbaycan millisinin hesabında 4 mükafat var. Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıbsa, Rəşad Məmmədov (55 kq) və Laçın Vəliyev (87 kq) bürünc medal qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930