Holand "Arsenal"ı dəstəkləyən bloqerə rüsvayçı cavab verib

22-05-2024, 23:30 100 dəfə baxılıb

 

"Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasında komandasının qələbəsindən sonra "Arsenal"ın tanınmış fanatı olan bloqer KSI-yə biabırçı mesaj göndərib.

"KSI, bu il sənin üçün də yaxşı olmadı. Amma bu, təkcə neqativ xəbərlər deyil... Hətta bir az da pozitivdir, ona görə də bu butulkanı sənin şərəfinə içirəm. Salamlayıram səni! Bu içkidən həzz alıram, heyrətamiz içkidir... Axşamınız xeyir olsun!" - deyə Holand yazıb.

Qeyd edək ki, KSI Holandın əlində tutduğu içkini sosial şəbəkələrdə aktiv şəkildə reklam edir.

Xatırladaq ki, "Mançester Siti" 2023/2024 mövsümündə İngiltərə çempionu olub. Şəhərlilər yekunda 91 xal toplayıblar, ardıcıl dördüncü dəfə Premyer Liqa çempionu olublar. "Arsenal" çempionatı ikinci yerdə başa vurub. London komandası aktivində 89 xal yaza bilib. "Liverpul" isə üçüncü pillədə yer alıb. Premyer Liqanın 38 turundan sonra 82 xal qazanıblar.

Mənbə: championat






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930