Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
Azərbaycan minifutbol millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.
“Azerinews.az” xəbər verir ki, baş məşqçi Elşad Quliyev Bosniya və Herseqovinada təşkil ediləcək qitə birinciliyinə 18 oyunçu aparacaq.
Qapıçılar: Davud Kərimi (“Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”)
Müdafiəçilər: Müseyyib Vəliyev, Cəfər Cəfərov (hər ikisi “Birbaşa Bakı”), Tural Məmmədrzayev (“Odlar Yurdu”), Taleh Babayev (“Zirə”)
Yarımmüdafiəçilər: Elvin Əlizadə, Mirmehdi Rzayev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Ramiz Çovdarov, Mikayıl Əliyev (hər ikisi “Zirə”), Kamran Qürbətov (“Aznur”)
Hücumçular: Eşqin Tağıyev (“Birbaşa Bakı”), Samir Həmzəyev, Seymur Məmmədov, Rəvan Kərimov (hamısı “Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”).
Qeyd edək ki, yığmamız Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Avstriya ilə qarşılaşacaq. Turnir iyunun 1-dən 8-nə kimi baş tutacaq.