Samir Məmmədovun örnək eşqi Vətənədir, xalqadır!

25-05-2024, 09:30 469 dəfə baxılıb


  İnsan ömrü əsr olmur, lakin əməlləri  neçə əsr, neçə qərinə adlayıb dildən-dilə keçib dastana çevrilir. Dillərə dastan olan Vətən sevdalılarından biri də Samir Məmmədovdur. Onun əməlləri milli-mənəvi bağlılıqdan , mənəviyyat zənginliyindən xəbər verir. O, milli-mənəvi dəyərlərimizi , Vətən, torpaq heysiyyatını hər şeydən uca tutur.

"VətənMüharibəsi Əlillərinə Kömək" İctimaibirliyininGəncə RegionalMərkəzininsədriSamirMəmmədov 25.05.1991-ciildə Gəncə şəhərində dünyaya göz açıb. Orta təhsilini qədim mədəniyyət diyarımız doğma Gəncəmizdə almışdır.

 Uşaqlıqdan Karate idman növü ilə məşğul olmuş, müxtəlif  idman yarışlarında Gəncə şəhərini, kəbə hesab etdiyi doğma Vətəni- Azərbaycanı təmsil etmiş, mükafat və Fəxri Fərmanlara layiq görülmüşdür.

 2019- cu ildə ali təhsil almaq üçün qardaş  Türkiyə Respublikasına  üz tutmuş, Akdeniz Universitetində "Memarlıq və şəhərsalma" ixtisası üzrə  təhsil almışdır.  

Təhsilin ona qazandırdığı nəzəri və praktik biliklərini doğma Gəncə şəhərinə xərcləməyi qarşısına məsəd qoymuş, müxtəlif  vaxtlarda Kəpəz bələdiyyəsində, Gəncə şəhər icra hakimiyyətinin "Memarlıq və şəhərsalma" şöbəsində çalışmışdır.

Uşaqlıqdan qəlbində cücərən qisas eşqi Samir Məmmədovun yolunu cəbhədən salmış, Vətənin müdafiəsinə qalxmağı şərəfli vətəndaşlıq borcu sayan M. Samir  II Qarabağ savaşına  türk  oğlu şərəfinin ucalığıyla yollanmışdı.

Müharibə dəhşətlərinin canlı şahidi olan qeyrətli vətən oğlu qanı ilə dastan yazan şəhid və qazilərimizin şücaətindən zəfərin gətirdiyi qürurla, başucalığı ilə danışır.

Müharibənin hər dəqiqəsi ölümün gözünə baxmaq, ölümlə savaşmaqdır, söyləyir.

Vətən yolunda sağlamlığını qurban edib, fiziki qüsurla, qolsuz, gözsüz, ayaqsız həyatına davam edən şərəfli oğullara, Vətənə candan- könüldən bağlanmış Vətən daşlarını, qaziləri özünə ən yaxın həmdəm, dost hesab edir.

Samir Məmmədovun ruha, qana , iliyə işləyən Vətən, xalq sevgisini, vurğunluğunu kəlimələrlə ifadə etmək mümkünsüzdür.

Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, bayraga , dilə, tarixə, adət ənənələrə bağlılıqdır.
 Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı
Əsl Vətəndaş Samir Məmmədov vicdanlı, məsuliyyətli, xeyirxah Azərbaycan oğludur.
Samir Məmmədovun keçdiyi qısa həyat kitabını vərəqləyəndə şahidi olursan ki, həyatının ən enerjili, əhəmiyyətli qismini, xalq, vətən yolunda xərcləyib. 
Samir Məmmədov xidməti vəzifəsi bitməyən əsgərdi, ömrünü vətən üçün, xalq üçün  yaşayanlar sırasındadı.
Bütün varlığı, cismi ilə torpağına bağlı olan Samir Məmmədovu zaman özü yetişdirib, özü seçib. 
El igidi ilə tanınar, tarixən Gəncə şəhəri yetirdiyi oğulların igidliyi ilə tanınıb, onlar öz şərəfli həyat hekayələrinin izlərini gələcək nəslə əmanət qoyublar. Belə oğullarımızdan biri də Samir Məmmədovdur o, hər bir azərbaycanlıya nümunə olacaq ömür yaşayır, gənc yaşda ürəklərdə özünə taxt qurmağı bacarıb.
Odlar yurdu, odlar ölkəsi olan azərbaycan oğlu şahı hesab etdiyi vətən uğrunda canını fəda edib, vətən fədaisi olan şəhid və qazi ailələrinə dəstəyi ilə hamının hörmət və rəğbətini qazanıb. 

Eşq- bizim Samir müəllimin örnək eşqi Vətənədir, xalqadır!

 Heç təsadüfi deyil ki, qazilərimizin problemlərini , şəhid ailələrinin problemləri  ilə bərabər ən təxirəsalınmaz vəzifələr sırasında görən  S. Məmmədov  “Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai birliyinin Gəncə Regional Mərkəzinə rəhbərlik edir.

Vətən müharibəsi iştirakçılarının cəmiyyətə reinteqrasiya məsələsi S. Məmmədovun rəhbərlik etdiyi mərkəzin ən mütərəqqi vəzifəsidir.

Adıçəkilən birlik iş adamlarının, imkanlı və vətənpərvər şəxslərin ianələri hesabına fəaliyyət göstərir.

Samir müəllimin rəhbərliyi altında 4 ildə Regional Mərkəzin geniş fəaliyyəti olub,

onlarla şəhid və qazi ailələrinin problemləri Samir Məmmədovun rəhbərliyi ilə öz həlli yolunu tapıb.  

Regional Mərkəzin vasitəçiliyi, maddi dəstəyi  ilə şəhidlərimizin xatirəsinə ehtiram nümunəsi olaraq  Şəhid  bulaqları inşa  olunub, şəhidlərin şəkil-plakatları, barelyefləri hazırlanıb.

On  şəhid ailəsinin evlərinin tikintisi və əsaslı təmiri Mərkəzin birbaşa vasitəçiliyi və imkanlı şəxslərin köməyi nəticəsində  

Regional Mərkəzin əməkdaşları Samir müəllimin rəhbərliyi ilə şəhərimizdə keçirilən müxtəlif  tədbirlərdə çox fəal iştirak edirlər.

Qeyd edək ki, Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai birliyi 25.05. 2007-ci il tarixdə təsis olunub və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Vətən üçün doğulanlar, torpaq üçün vuruşanlar, xalq üçün yaşayanlardı Vətən sevdalıları! Düşüncəsi , təfəkkürü vətən, xalq olanların sayəsində torpaq müqəddəsləşir vətən olur.

Bugün Vətən sevdalılarından olan Samir Məmmədovun doğum günüdür, Samir müəllimi ürəkdən təbrik edir, onna gələcək fəaliyyətində, tutduğu şərəfli yolda uğurlar arzulayırıq. Xalqının səadəti naminə çalışan gənc Vətən daşına nailiyyətlər diləyirik.

 

Aqşin Əsgərov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930