Millimizin DÇ-dəki rəqibləri müəyyənləşir

30-05-2024, 10:36 112 dəfə baxılıb

 

Bu gün futzal üzrə 2026-cı il dünya çempionatının seçmə mərhələsinin püşkü atılacaq.

“Azerinews.az” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.

Mərasimdə Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri də bəlli olacaq. 

Azərbaycan millisi püşkatmada 3-cü səbətdə yer alacaq. 40 komanda (6 milli – Andorra, Avstriya, Bolqarıstan, Kipr, Malta və İsveçrə ilkin mərhələdən vəsiqə qazanıb) hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünəcək.

Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcəklər. İki matçın yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.

Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avro-2026-da çempion olmaq uğrunda mübarizəyə başlayacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930