Neymara görə Fransa Maliyyə Nazirliyində axtarış aparılıb

18-01-2024, 17:06 2 dəfə baxılıb

 

Braziliyalı hücumçu Neymarın “Barselona”dan PSJ-yə transferi ilə bağlı aparılan araşdırmalar çərçivəsində Fransa Maliyyə Nazirliyində axtarış aparılıb.

Məlumata görə, Maliyyə Nazirliyində aparılan axtarışı korrupsiya və vergi fırıldaqlarına qarşı mübarizə üzrə mərkəzi idarənin polis əməkdaşları həyata keçiriblər.

Hüquq-mühafizə orqanlarının Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə transferini araşdırır. Köçürmənin vergi qanunlarından yayınmaqla həyata keçirilməsi şübhəsi var.

Qeyd edək ki, Neymar altı ilini PSJ-də keçirib, keçən yay Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib. Braziliyalı parislilərlə birlikdə beş dəfə Fransa çempionu, üç dəfə ölkə kubokunun, bir dəfə isə superkubokun qalibi olub.

Mənbə: L'Équipe






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930