Azərbaycanda Vergi risklərinin idarə edilməsi baş idarəsi yaradılıb

8-12-2023, 15:54 2 dəfə baxılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində Vergi risklərinin idarə edilməsi baş idarəsi yaradılıb.

"Azerinews.az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Baş idarənin yaradılmasında əsas hədəf vergi nəzarətinin səmərəliliyinin artırılması məqsədilə vergidənyayınma risklərinin əvvəlcədən təhlil olunması və aşkar olunan risklər əsasında tədbirlərin keçirilməsi mexanizminin qurulmasıdır. Bununla da vergi ödəyicilərinin vaxtına qənaət olunacaq, vergi orqanlarının resursları risk potensialı daha yüksək olan vergi ödəyicilərinə yönəldiləcək, resursların bölüşdürülməsi optimallaşdıracaq. Vergi inzibatçılığının təkmilləşdirilməsi və çevik nəzarət mexanizmlərinin formalaşdırılması sahibkarlıq subyektlərinin vergi öhdəliklərinin icrasında mümkün risk faktorlarını aradan qaldırmağa, vergi nəzarəti tədbirlərinin ünvanlılığının təmin edilməsinə, riskli vergi ödəyiciləri ilə işin sürətləndirilməsinə xidmət edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930