Mərakeş klubunun futbolçuları itkin düşdülə

8-07-2024, 09:52 126 dəfə baxılıb

 

Mərakeşin "İttihad Tanjer" klubunda çıxış edən iki futbolçusu Mdik şəhərində itkin düşüb.

Məlumata görə, onlar yaxtada gəzinti zamanı bədbəxt hadisə ilə üzləşiblər.

5 futbolçu - Usama Alfa, Suleyman Dadu, Abdelhamid Maali, Salman Harrak və Abdellatif Ahrif bir gün əvvəl Mdik şəhərində yaxta kirayələyərək dəniz gəzintisinə çıxıb.

Onlar üzmək üçün suya tullandıqdan sonra güclü külək gəmini uzağa aparıb. Nəticədə futbolçular yaxtaya çata bilməyiblər.

İtkin düşən oyunçulardan 3-nü xilas etmək mümkün olsa da, Harrak və Ahrif haqqında heç bir məlumat yoxdur.

Mənbə: Myfootbal.top






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930