Süleyman Ələsgərovun ailəsi Prezidentə təşəkkür etdi

4-03-2024, 12:04 0 dəfə baxılıb

 

Azərbaycanın bəstəkarı, tanınmış dirijor və pedaqoqu, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.

"Azerinews.az" xəbər verir ki, bununla bağlı “Instagram” sosial şəbəkəsində məlumat paylaşılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev 22 fevral 2024-cü ildə Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Ailə üzvləri buna görə Prezidentə öz təşəkkürlərini bildiriblər:

“Möhtərəm Prezident! Siz ölkə rəhbəri olaraq Azərbaycan ziyalılarının, istedadlı, yaradıcı insanlarının, mədəniyyət xadimlərinin əməyini daim yüksək dəyərləndirmiş və onları ölkəmizin mənəvi kapitalı kimi qiymətləndirərək, həmişə uca tutmusunuz. Məhz bu həssas yanaşmanızın və diqqətinizin bariz nümunəsidir ki, 22 fevral 2024-cü il tarixdə Xalq artisti, Dövlət Mükafatı laureatı, professor, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamısınız. Bu, Azərbaycan mədəniyyətinə verdiyiniz böyük dəyər və qayğının təzahürüdür. Biz də öz növbəmizdə Süleyman Ələsgərovun ailəsi adından sizə dərin minnətdarlığımızı bildirməyi özümüzə borc sandıq. Diqqətiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə, Süleyman Ələsgərovun ailə üzvləri: Arzu Ələsgərov, Könül Ələsgərova, Qorxmaz İmanov, Tahir İmanov və Cabir İmanov”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930