Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısına təzminat ödəyəcək

6-11-2023, 20:30 15 dəfə baxılıb

Qazaxıstanın "Turan" klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevə təzminat ödəyəcək.

"Azernews.az" xəbər verir ki, bu barədə 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli məlumat verib.

Onun sözlərinə görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib.

Elcan Həsənli 2022-ci ilin yayında müqavilənin ləğvindən sonra "Turan"ın Balayevə təzminat ödəməli olduğunu, lakin sonradan bundan imtina etdiyini söyləyib. O, məhz bu səbəbdən FIFA-ya şikayət etdiklərini və tələblərinin qəbul olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda "Neftçi"də çıxış edən Emil Balayev 2022-ci ilin martından iyuluna qədər "Turan"ın formasını geyinib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031