Azərbaycan çempionatında 12-ci tur başa çatdı
Azərbaycan Basketbol Liqasında XII tur başa çatıb. “Azerinews” xəbər verir ki, “NTD-İndiqo” “Gəncə”nin qonağı olub.
Qarşılaşma Xaçmaz klubunun qələbəsi ilə yekunlaşıb - 94:80. Xallarının sayını 22-yə çatdıran “NTD-İndiqo” liderlər qrupundakı “Sabah” və “Xəzri”yə çatıb. Meydan sahibləri isə 14 xalla 9-cu sıradadır.
Sonuncu matçda isə "Neftçi" "Şəki"nin qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 72:65.
Xallarının sayını 20-yə çatdıran "Neftçi" 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 12 xalla 10-cu yerdədir.