Azərbaycan Kuboku: "Zirə" ilk oyunda qələbə qazanıb

30-01-2024, 17:05 3 dəfə baxılıb

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

"Azerinews.az"ın məlumatına görə, günün ilk matçında "Səbail" "Zirə"ni qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. 48-ci dəqiqədə meydan sahiblərinin heyətində Anas Najah avtoqol müəllifi olub. 59-cu dəqiqədə "qartallar"ın müdafiəçisi Ruan Renato fərqi iki topa çatdırıb.

70-ci dəqiqədə "dənizçilər"in heyətində Aleksandr Ramalinqom cərimə zərbəsindən fərqlənməklə baxımlı qola imza atıb.

Cavab qarşılaşması fevralın 8-də Zirədə reallaşacaq.

Qeyd edək ki, günün digər görüşündə "Qarabağ" "Sabah"ın qonağı olacaq. 1/4 final mərhələsinin digər iki oyunu yanvarın 31-də gerçəkləşəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930