Mikayıl Cabbarov: "Tənzimləyici qurumların bazar iştirakçısı olması sistemli risk yaradır"

3-10-2025, 11:36 4 dəfə baxılıb

Azərbaycanda bəzi hallarda tənzimləyici qurumların nəzarət funksiyası ilə yanaşı, eyni zamanda bazar iştirakçısı rolunu da daşıması, iqtisadi mühitdə rəqabət prinsiplərinə ziddiyyət yarada və sistemli risklərə səbəb ola bilər.

"Azerinews.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda 

Mikayıl Cabbarov: "Tənzimləyici qurumların bazar iştirakçısı olması sistemli risk yaradır"

Biznes
  • 03 oktyabr, 2025
  • 11:22
Mikayıl Cabbarov: Tənzimləyici qurumların bazar iştirakçısı olması sistemli risk yaradır
Mikayıl Cabbarov

Azərbaycanda bəzi hallarda tənzimləyici qurumların nəzarət funksiyası ilə yanaşı, eyni zamanda bazar iştirakçısı rolunu da daşıması, iqtisadi mühitdə rəqabət prinsiplərinə ziddiyyət yarada və sistemli risklərə səbəb ola bilər.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda rəqabət siyasətinin tənzimlənməsi təkcə dövlət qurumlarının deyil, ümumilikdə cəmiyyətin maraqlarına xidmət edir:

"Bu məsələni həm sahəvi qurumların, həm də hər birimizin - vətəndaşların və iqtisadi iştirakçıların - ekosistem kimi qəbul etməsi vacibdir. Ona görə də iqtisadi davranışımız da bu prinsiplərə uyğun formalaşmalıdır".

M. Cabbarov əlavə edib ki, bəzi hallarda sahəvi qurumların rəqabət siyasətinə dair yanaşmaları daha üstün ola bilər və bu, onların peşəkarlığı ilə bağlıdır:

"Bu, təbiidir və belə də olmalıdır. Lakin təhlükə ondan ibarətdir ki, əgər sahəvi qurum eyni zamanda həm tənzimləyici, həm də bazar iştirakçısı funksiyasını yerinə yetirirsə, bu, sistemli risklər yarada bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930