Ən çox əməkhaqqını onlar alır - SİYAHI

15-10-2025, 12:23 13 dəfə baxılıb

 

2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1093,8 manat təşkil edib.

"Azerinews.az" valyuta.az-a istinadən xəbər verir ki, bu statistika 2024-cü ilin müvafiq dövrünə nisbətən 96,7 manat və ya 9,69% artımın olduğunu deməyə əsas verir. 

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 997,1 manat olub. 

 

Məlumata görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031