Sabah üç rayonda qaz olmayacaq

28-11-2023, 16:17 4 dəfə baxılıb

 

Sabah Bərdə, Tərtər və Ağdam rayonlarının qaz təchizatında fasilə yaranacaq

"Azerinews.az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Azadqaraqoyunlu-Ağdam” yüksək təzyiqli magistral qaz kəmərinin “Yevlax-Naxçıvan” qaz kəmərinə birləşdirilməsi ilə bağlı noyabrın 29-də saat 08:00-dan etibarən işlər başa çatanadək “Kətəlparaq”, “Tərtər 2” və “Ağdam 4 Yol” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Bərdə, Tərtər və Ağdam rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930