Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib

31-10-2025, 16:28 2 dəfə baxılıb

 

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

"Azerinews.az" xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

İclasda ilk olaraq Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyi müzakirə olunub.

Bildirilib ki, sənəd 2026-cı il üçün dövlət büdcəsinə dair qanun layihəsinin və onunla birlikdə təqdim olunan aidiyyəti sənədlərin qanunvericilik aktlarına uyğunluğu, nəzərdə tutulmuş dövlət büdcəsinin gəlirləri və xərcləri, büdcə kəsirinin proqnoz göstəricilərinin düzgünlüyü və tamlığı, həmçinin bu göstəricilərin əsas makroiqtisadi parametrlərə və ölkənin strateji sənədlərinə uyğunluğu barədə kənar dövlət maliyyə nəzarəti orqanının mövqeyini ifadə edir.

Müzakirələr zamanı sənəddə əksini tapan əsas məqamlar, aparılmış təhlillərin nəticələri və irəli sürülmüş tövsiyələr ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrin yekunu olaraq Hesablama Palatasının Rəyinin təsdiq edilməsi və Milli Məclisə təqdim olunması qərara alınıb.

Daha sonra iclasda "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanun layihəsinə və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyləri müzakirə olunub.

Kollegiya üzvləri rəylərdə əhatə olunan əsas məsələləri, aparılmış təhlillərin nəticələrini və irəli sürülən tövsiyələri nəzərdən keçiriblər. Müzakirələrin nəticəsində rəylərin təsdiqlənərək parlamentə göndərilməsi barədə qərar qəbul edilib.

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930