Nazir: "Hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönələn dərin islahatlar həyata keçirilir"

4-11-2025, 12:38 7 dəfə baxılıb

 

"Cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektorunda yaradılan əlavə dəyərin 1.9% azalmasına baxmayaraq, qeyri-neft-qaz sektorunda iqtisadi artımın 2.9% təşkil etməsi nəticəsində ümumi iqtisadi artım 1.3% təşkil edib.

"Azerinews.az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi artım tempi zəifləsə də, ümumilikdə makroiqtisadi sabitlik təmin edilib və dövlət büdcəsinin fiskal daxilolmaları proqnozdan artıq icra edilib:

"Büdcə xərclərinin icrasının ölkədə iqtisadi artıma təsirini nəzərə alaraq qeyd edə bilərik ki, ilin sonunadək büdcə xərclərinin tam icrası (9 ayda 60% icra) iqtisadi artımın sürətinə müsbət təsir edəcək.

Nəhayət qeyd edilməlidir ki, hazırda ölkədə iqtisadiyyatın şaxələnməsinə yönələn dərin islahatlar həyata keçirilir ki, bu islahatların da iqtisadi artıma təsiri müəyyən müddətdən sonra hiss olunacaq. O cümlədən, Orta Dəhlizin tam işə düşməsi orta və uzun müddətli dövrdə iqtisadi artımın sürətlənməsində permanent amillərdən biri olacaq".

"Bu şəraitdə cari ilin 9 ayında qeyri-neft-qaz sektorunda ÜDM-in sahələri üzrə əlavə dəyər qeyri-neft-qaz sənayesində və tikinti sektorunda 5%, turizm və ictimai iaşədə 9.3%, informasiya və rabitədə 6.7%, ticarətdə 3.2%, nəqliyyat sektorunda isə 2.1% artıb. Cari ilin 6 ayı ərzində 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə yatırılmış birbaşa xarici investisiyaların həcmi 8.2% artıb, qeyri-neft-qaz sektoru üzrə isə 25.4% artım qeydə alınıb. Ötən 9 ayda əsas kapitala 13 mlrd. manat vəsait yönəldilib. Qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yönəldilən investisiyaların real həcmi 7% artıb. Eyni zamanda, özəl qeyri-neft-qaz investisiyalar 10.8% artıb və qeyri-neft-qaz ÜDM-in artım tempini 3.7 dəfə üstələyib ki, bu investisiyaların akkumulyasiya edilməsi-kapital stokunun yığılması növbəti dövrdə daha yüksək iqtisadi artıma çevriləcək", - nazir vurğulayıb.

O, cari ilin sentyabr ayında 12 aylıq və orta illik inflyasiyanın 5.7% olduğunu, bunun da Mərkəzi Bankın hədəf diapozonu çərçivəsində olduğunu əlavə edib:

"2025-ci ilin 9 ayında qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.7% (188.5 milyon ABŞ dolları) artaraq 2 milyard 649 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının 29%-i ilkin kənd təsərrüfatı məhsulları, 11%-i kənd təsərrüfatı emalı məhsulları, 60%-i isə sənaye məhsullarının payına düşür. 9 ay ərzində ARDNF tərəfindən idxal olunan qızıl istisna olmaqla xarici ticarət balansının müsbət saldosu 5.6 mlrd. ABŞ dolları təşkil edib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930