Hesablama Palatası: "Vergi borcları və artıq ödəmələr büdcəyə təzyiq yaradır"

4-11-2025, 12:43 6 dəfə baxılıb

 

Hesablama Palatasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinə verdiyi Rəydə 2025-ci ilin ilk doqquz ayının nəticələri əsasında büdcə gəlirləri ilə bağlı narahatedici məqamlar əksini tapıb.

"Azerinews.az" xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin kassa əsaslı vergi daxilolmalarında artıq ödəmələrin həcmi artıb. İlin əvvəlinə nisbətən sentyabrın sonuna qədər artıq ödəmələrin məbləği 290.2 milyon manat olub. Hesablama Palatasının Rəyində bu halın ortamüddətli dövrdə vergi daxilolmalarının icrasına əlavə təzyiq yaradacağı bildirilib.

Həmçinin, rəydə həmçinin dövlət büdcəsinə olan vergi borclarının da artdığı vurğulanır. Belə ki, 2025-ci ilin doqquz ayında büdcəyə vergi borcları ilin əvvəlinə nisbətən 452.6 milyon manat və ya 14.3% artıb. Borcun əsas hissəsi qeyri-neft qaz sektorunun payına düşür.

Hesablama Palatası qeyd edir ki, borc artımına həm əsas məbləğ, həm də maliyyə sanksiyası və faizlər təsir edib. Borc artımının 60.3%-i əsas məbləğə, 25.3%-i isə faizlərə aiddir. Dövrün sonuna olan ümumi borcun 35.1%-nin maliyyə sanksiyası və faizlərdən ibarət olması vergi inzibatçılığının gücləndirilməsini zəruri edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031