"SOCAR-da hərc-mərclik var idi”

4-11-2025, 15:20 7 dəfə baxılıb

 

"SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də”.

“Azerinews.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

Nazir qeyd edib ki, SOCAR-ın son 5 ildə xalis mənfəəti təxminən 2 dəfədən çox artıb.

Vergi məbləğinin ödənilməsi ilə bağlı olan şərhlər yalnış mülahizədir. Bu məlumatlar açıqdır. Yanaşma belə oldu ki, müəssisə sadəcə olaraq yalnız mənfəət vergisini ödəyir. Bu, belə deyil.

Müəssisə tərəfindən ödənilən vergilər müxtəlif növ vergilərdən ibarətdir. Ona görə də, dövlət müəssisələrinin optimallaşdırılması hər zaman dövlətin aidəyyəti strukturlarının diqqətində bundan sonra da olacaq. Yəni hansısa şirkətin, o cümlədən, SOCAR-ın fəaliyyətinə dair sual varsa, onlar SOCAR-a ünvanlanmalıdır”, - nazir bildirib. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031