Rusiyadan buğda daşıyan qatar Azərbaycan ərazisindən keçməklə Ermənistana çatıb

6-11-2025, 08:42 7 dəfə baxılıb

 

Rusiyadan Azərbaycan üzərindən dəmir yolu ilə daşınan ilk buğda partiyası artıq Ermənistana çatıb.

"Azerinews.az" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Geqam Papoyan bildirib.

Onun sözlərinə görə, yükün ilk partiyası "Ayrum" stansiyasına gətirilib: "Bu, tarixi gündür. Demək olar ki, 35 ildən sonra ilk dəfə olaraq yük Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılıb", - nazir vurğulayıb.

O bildirib ki, ilk partiya Rusiyadan gətirilən buğdadır, ikinci partiya isə Qazaxıstandan gələcək.

Qeyd edək ki, hazırda Qazaxıstan buğdası Azərbaycan ərazisindədir və noyabrın 7-ə qədər Ermənistana çatacağı gözlənilir. Ümumi çəkisi 1000 ton olan buğda 15 vaqonla daşınır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930