Büdcə xərcləri ilə bağlı - Qərar

12-11-2025, 10:30 11 dəfə baxılıb

 

Azərbaycan büdcə xərclərinin yeni inzibati təsnifatı müəyyənləşib.

“Azerinews.az” xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsəsən, balıqçılıq və balıq ovu ilə bağlı xərclər, eləcə də Prezidentin Protokol Xidmətinin xərcləri büdcə xərclərinin funksional təsnifatına əlavə edilib.

“Balıqçılıq və balıq ovu” köməkçi bölməsinə balıqçılıq su obyektlərində həyata keçirilən fəaliyyət növləri, balıqçılıqla bağlı xidmətlərə rəhbərlik, balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yetişdirilməsi, bərpası və səmərəli istifadəsi, balıq və digər su bioresurslarının ovlanması fəaliyyətinə nəzarət və onların tənzimlənməsi, balıqçılıq sahəsində məlumatların yayılması üzrə xidmətlər, həmin xidmətlərin idarə edilməsi, balıqçılıqla bağlı layihələrin hazırlanması, akvakulturanın davamlı inkişafı, balıqartırma müəssisələrinin yaradılması, saxlanması və bu qəbildən olan digər xərclər daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930