Türkiyədə mənzil alan azərbaycanlıların sayı artır

13-11-2025, 16:42 5 dəfə baxılıb

 

Azərbaycan vətəndaşları ötən ay Türkiyədən 96 mənzil alıblar. Ötən ilin oktyabr ayında bu rəqəm 78 mənzil olmuşdu.

"Azerinews.az" Türkiyə mediasına istinadən xəbər verir ki, bu ilin ilk 10 ayında Azərbaycan vətəndaşları Türkiyədə ümumilikdə 741 mənzilə sahib olublar.

Oktyabr ayında Türkiyədən ən çox mənzil alan xarici vətəndaşlar arasında Rusiya 315 ədədlə birinci, Almaniya 191 ədədlə ikinci, İran isə 172 ədədlə üçüncü yerdə qərarlaşıblar.

2025-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə xarici vətəndaşlara 17 min 50 mənzil satılıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11.3% azalma deməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031